ABŞ konqresə seçkilər - Senatorlar Rusiyanın müdaxiləsindən şübhələnir

img

19-07-2018 [13:30]


ABŞ-da seçkilərə müdaxilə edənlərə qarşı sanksiyaların sərtləşdirilməsi barədə qanun layihəsi hazırlanır.

Bu məlumatı Britaniyada çıxan "The Times” qəzeti yayıb.

Bildirilib ki, Respublikaçılar Partiyasından olan senator Mark Rubio və onun demokrat həmkarı Kris Vanq Hollen qanun layihəsini hazırlamağa başlayıb.

Bu sənədə avtomatik olaraq, Rusiyaya qarşı sanksiyaların sərtləşməsinə səbəb olacaq.

Bu ilin noyabrında ABŞ-da konqresə seçkilər keçiriləcək. Bildirilib ki, Rusiyanın bu siyasi kampaniyaya müdaxilə cəhdi hiss edilməkdədir.

"Rusiya və başqa dövlətlərin ABŞ-da keçirilən seçki prosesinə müdaxiləsi ilə bağlı təqdim edilən dəlilllər təsdilənərsə, o zaman prezident 10 gün ərzində sanksiya tətəbiq etməlidir”, - deyə qəzet vurğulayıb/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA