Ərdoğanla Putin telefonda razılaşa bilmədi, üz-üzə görüşəcəklər: "Əgər İdlibə doğru hücum olarsa..."

img

14-07-2018 [23:34]


Bu gün Türkiyə prezidenti Ərdoğanla Rusiya prezidenti Putin telefonda danışıblar.

Mia.az Türkiyə mətbuatına istinadən bildirir ki, iki ölkə lideri telefonda əsasən Suriya böhranı, ikitərəfli enerji ilə bağlı əməkdaşlıqlar və gündəmdəki digər məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

Türkiyə və Rusiya əlaqələrini daha da inkişaf etdirməkdə qərarlı olduqlarını deyən liderlər "Türk axını" və digər enerji layihələri ilə bağlı işlərin gedişini məmnuniyyətlə qarşıladıqlarını vurğulayıblar.

Daha sonra Ərdoğan və Putin Suriya böhranını müzakirə ediblər. Hər iki lider Suriyanın ərazi bütövlüyü ilə bağlı yekdil rəydə olduqlarını bildirsələr də, Ərdoğan Əsəd rejiminə bağlı olan qüvvələriun Dera rayonunda mülki əhalini hədəfə almasından narahat olduqlarını gizlətməyib.

Ərdoğan bildirib ki, Əsəd rejiminə bağlı qüvvələr İdlibə doğru yönələrsə, bu, "Astana razılaşması"nın tamam ilə pozulması demək olacaq.

Sonda iki lider qərara alıblar ki, bu ayın sonunda üz-üzə görüşmək vacibdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA