Binəli Yıldırım 4 rəqiblə seçkiyə girdi, 335 səslə qalib gəldi - TBMM-nin yeni sədri seçildi

img

12-07-2018 [19:02]


Bu gün Türkiyənin keçmiş baş naziri Binəli Yıldırım Böyük Millət Məclisinin (TBMM) sədri seçilib.

Mia.az xəbər verir ki, o, 3-cü tur seçkisində 335 deputatın səsini alaraq yeni postuna oturub.

Onu da qeyd edək ki, Yıldırımın seçkidəki rəqibləri CHP-dən Erdoğan Toprak, HDP-dən Meral Danış Beştaş, İYİ-dən Hayrettin Nuhoğlu,  Səadət Partiyasından isə Cihangir İslam olub.

MHP isə AKP ilə ittifaq sazişinə görə TBMM sədrliyinə namizəd irəli sürməyib və seçkidə Yıldırımı dəstəkləyiblər.

Açıqlanan son nəticəyə görə, Yıldırıma III turda 335, E.Topraka 135, Beştaşa 63, Nuhoğluna 40, İslama isə 5 deputat səs verib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA