Tramp Merkeli Rusiyaya görə ittiham edib, sammitdən getdi: "Suallar cavablardan çoxdur"

img

12-07-2018 [10:38]


Fransa Prezidenti Emmanuel Makron Almaniya kansleri Angela Merkeli müdafiə edib.

"Röyter” xəbər verir ki, Makronun Trampla görüşü zamanı Almaniyanın Rusiyadan asılı olmadığını deyib.

Brüssel sammitində Trampa qarşı digər açıqlama ilə Bolqarıstan Prezidenti Rumen Radev çıxış edib. Onun sözlərinə görə, Tramp NATO ölkələrindən müdafiə xərclərini daha çox artırmasını istəyir:

"Suallar cavablardan çoxdur. Tramp bizdən müdafiə xərclərimizi ümumdaxili məhsulun 2% həcminə çatdırılması yerinə 4%-ə çatdırılmasını tələb etdi. Bunu sammitdə elan etdikdən sonra o, görüşü tərk etdi”.

Qeyd edək ki, Tramp dünən Brüssel sammitindən öncə Merkeli Rusiyadan asılı olmaqda ittiham edib. O, Almaniyanın milyardlarla dolları Rusiyaya ödədiyini, əvəzində ABŞ-dan pulsuz hərbi dəstək aldığını deyib/Axar.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA