ABŞ Putinlə görüşün gündəliyini açıqladı: "Rusiya, iran və Suriyanı anlaşmaya məcbur etmək istəyirik"

img

11-07-2018 [17:52]


ABŞ-ın Dövlət katibi Mayk Pompeo iyulun 16-da Prezident Donald Tramp və Rusiya başçısı Vladimir Putin arasında keçiriləcək görüşdə Suriya və Ukrayna məsələlərinin müzakirə ediləcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, dövlət katibi ABŞ prezidentinin bu məsələlərlə bağlı yeni təkliflərinin olduğunu bildirib.

"Ukrayna və Suriya prezidentlər arasında keçiriləcək görüşün əsas müzakirə mövzusu olacaq. Rusları, suriyalıları və iranlıları siyasi anlaşmalar imzalamağa məcbur etmək istəyirik.

Vaşinqtonun hədəfi Suriyada yeni Konstitusiyanın qəbulu və böhranın dinc yolla həll edilməsidir”, - deyə Mayk Pompeo qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA