29-06-2018 [23:40]
Ermənistan Müdafiə Nazirliyinin polkovniki, "Tiqran Mets” hərbi-təlim mərkəzinin rəhbəri Koryun Qumaşyan Azərbaycan ordusunun iyunun 26-da Bakıda keçirilmiş paradına baxıb , prezident İlham Əliyevin çıxışını izləyib və belə qənaətə gəlib ki, Qarabağda irimiqyaslı hərbi əməliyyatların başlanması qaçılmazdır.
Virtualaz.org xəbər verir ki, polkovnik Qumaşyan erməni mətbuatına müsahibəsində Ermənistanın "ildırım sürəti ilə öz silahlarını yeniləməli olduğunu” deyib. Bildirib ki, əks halda gec olacaq.
"Bütün maliyyə resursları müdafiə sahəsinə yönəldilməlidir, hansı ölkənin bizim haqqımızda nə düşünməsindən asılı olmayaraq. Müharibə qaçılmazdır. Kiçikdən böyüyə hamı buna hazırlaşmalıdır. Bu 2016-cı ilin aprel hadisələrinin təkrarı olmayacaq”- erməni polkovnik deyib.
Qumaşyan Azərbaycan ordusunun Naxçıvanda yeni strateji yüksəkliklərdə möhkəmlənməsinə və Ermənistan ərazisini Dağlıq Qarabağa birləşdirən yolu nəzarətə götürdüyünü də xatırladıb.
"Bu Azərbaycanın irimiqyaslı müharibəyə hazırlaşmasına dəlalət edir. Azərbaycanın öz mövqelərini Areni kəndi istiqamətində irəli çəkməsi, Areni kəndini, Araratı, Yexeqnadzoru nişangahda tutması reallıqdır. Erməni tərəfi deyir ki, həmin yüksəkliyə ("Qızılqaya” yüksəkliyi) hərbi texnikanın yeridilməsi mümkün deyil. Əslində heç ora texnika yetirməyə ehtiyac yoxdur, təkcə müşahidə məntəqəsi bəs edir ki, situasiyaya nəzarət edəsən və müvafiq göstərişlər verəsən”-erməni polkovnik bildirib.
Qumaşyana görə Azərbaycan Silahlı Qüvvələrinin ən yeni, müasir hərbi texnika ilə silahlanması da gözlənilən müharibənin irimiqyaslı olacağını göstərir. "Ən başlıcası gecikməməkdir. Parad zamanı mən Azərbaycan Silahlı Qüvvələrinin hərbi hazırlığını, silahlarını izlədim. Hər şey yenilənib, hətta sıra düzülüşü öz nizamına görə Şimali Koreya ordusunu xatırladırdı. Müharibədən keçmiş adamlar bütün bunları çox ciddi qəbul edir. Onlar silahları nümayiş etdirdilər. Lakin bu o demək deyil ki, birbaşa indi hücum edəcəklər. Onlar bunu bu payızda, ya da gələn yaz edəcəklər. Ona görə də birbaşa deyirəm: vaxtımız yoxdur. Biz silahlanma proqramımızı ildırım sürəti ilə aparmalıyıq”-Qumaşyan deyib.
"Modus Vivendi” araşdırma mərkəzinin direktoru, ekspert Ara Papyan isə Azərbaycan ordusunun paradın ardınca irimiqyaslı hərbi təlimlərə başlamasın diqqəti cəlb edib.
Onun sözlərinə görə, Azərbaycan ordusu təkcə Qarabağ istiqamətində deyil, Naxçıvan və Tavuş istiqamətində də qüvvə cəmləşdirir.
"Təhdid bu baxımdan daha da artıb ki, Azərbaycan cəmiyyəti deyəsən müharibəyə başlamağa hazırdır” - Papyan deyib.
Ekspertə görə əgər ordu irimiqyaslı təlimlər keçirirsə növbəti mərhələ müharibə ola bilər. Çünki təlimlərdən müharibəyə keçmək asandır. Deməli, Azərbaycan ordusunun qarşıdakı təlimləri riski artırır.
Xatırladaq ki, Azərbaycan ordusu iyulun 2-dən 6-na qədər 20 minlik canlı qüvvənin, yüzlərlə tank və digər zirehli texnikanın, çoxsaylı raket-artilleriya bölmələrinin iştirakı ilə təlimlər keçirəcək. Təlimlərin ssenarisinə əsasən şərti düşmənin mövqelərinə sarsıdıcı zərbələr vurandan sonra qoşunlar hücuma keçib işğal altındakı əraziləri azad etməlidir.
Lucas Hernandez AVRO-2024-də oynaya bilməyəcək
"Qalatasaray"ın canlı əfsanəsi peşman olub: "Kasilyas dedi ki, həyatımı məhv etdin..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR