Avropa Birliyindən Trampa ismarıc: "Biz ciddi reaksiya verəcəyik"

img

25-06-2018 [14:25]


"Mübahisə edib vəziyyəti gərginləşdirmək istəmirik. Bir seçimimiz olmayacaq, amma bu vəziyyətə reaksiya göstərəcəyik".

Teleqraf.com xəbər verir ki, bunu Avropa Birliyi ABŞ Prezidenti Donald Trampın Avropa istehsalı olan avtomobillərə gömrük rüsumu tətbiq edəcəyinə cavab olaraq bildirib.

Tramp cümə günü bəyan edib ki, Avropa istehsalı olan avtomobillərə 20 faiz əlavə vergi rüsumu tətbiq edəcək. O, deyib ki, Avropada avtomobil istehsal edib ABŞ-a satmasınlar: "ABŞ-da avtomobil satmaq istəyirlərsə, burada istehsal etsinlər”.

Avropa Komissiyasının prezidentinin sözçüsü Jyrki Katainen "Le Monde” qəzetinə bildirib ki, əgər gömrük vergiləri artırılsa, Avropanın fərqli seçimi olmayacaq: "Ancaq biz ciddi reaksiya verəcəyik. Kiminləsə mübahisə edib vəziyyəti mürəkkəbləşdirmək istəmirik”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA