İran dini lideri əməliyyat otağında üzə çıxdı: şok videonun açıq siqnalı və... - İsrailin nüvə obyekti niyə nəhəng ekranda görüntüləndi? (VİDEO)

img

06-04-2026 [09:50]


Ağır yaralandığı deyilən İran yeni dini lideri Müctəba Xameneinin ilk dəfə hərbi əməliyyatlar mərkəzində görüntülənib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İran administrasiyası videogörüntü yayıb.

Videogörüntüdə Müctəba Xameneini gizli yeraltı hərbi əməliyyatlar mərkəzini ziyarət edir. Videoda diqqətçəkən ən maraqlı məqam isə onun əməliyyatların koordinasıya olunduğu otaqda nəhəng ekranda İsraildəki Dimona nüvə obyektinin görüntüləri və koordinatları yer alması olub. 

Dünya mediası və ekspertlər iddia edir ki, b görüntü İsrail və ABŞ-a növbəti hədəflə bağlı mesaj xarakterlidir: “Bu  video sadəcə görüntülərin paylaşılması deyil, həm də psixoloji və strateji mesaj daşıyır. İsrailin əvvəllər İrandakı nüvə obyektlərinə hücumlar həyata keçirdiyi məlum olsa da, Tehran administrasiyası cavab verməyib. İndisə Dimonaya işarə olunmasını qisasa hazırlıq siqnalı kimi izah etmək olar”

Tahir Şəlvəli
MİA.AZ


 


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:09 05.04.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA