Aİ-nin Bakı nümayəndəliyi: Viza rüsumlarındakı dəyişikliklər Azərbaycana təsir etməyəcək

img

20-06-2018 [16:59]


vropa İttifaqının (Aİ)Azərbaycandakı nümayəndəliyi Aİ-nin viza siyasətindəki islahatlar məsələsinə aydınlıq gətirib.

Aİ-nin Azərbaycandakı nümayəndəliyindən "Report"a verilən məlumata görə, bəzi ölkələrdə viza verilməsi qaydalarındakı dəyişikliklər 2019-ci ilin ikinci yarısından tez tətbiq edilməyəcək.

Bununla yanaşı, viza rüsumlarındakı dəyişikliklər viza rejiminin sadələşdirilməsi haqqında saziş imzalanmış ölkələrə təsir etməyəcək. "Beləliklə, viza rüsumlarındakı dəyişikliklər Azərbaycana təsir etməyəcək", - Aİ nümayəndəliyindən bildiriblər.

Xatırladaq ki, dünən Aİ hökuməti viza siyasətində readmissiya məsələləri üzrə kifayət qədər əməkdaşlıq etməyən ölkələrə münasibətdə viza verilməsi qaydalarının sərtləşdirilməsini nəzərdə tutan islahatlar üzrə danışıqlara başlayıb.

Dəyişikliklər həmçinin viza haqqının 80 avroya qədər artımını nəzərdə tutur.



Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA