16-06-2018 [11:50]
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində olub.
Bu barədə nazirlikdən Mia.az-a verilən məlumata görə, nazir diqqətə çatdırıb ki, sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi, burada yaradılan müasir şərait dövlət başçısının sağlamlıq imkanları məhdud gənclərin sosial reabilitasiyasına və cəmiyyətə inteqrasiyasına xüsusi qayğısının daha bir göstəricisidir: "Burada sağlamlıq imkanları məhdud gənclər müxtəlif peşələrə yiyələnirlər. Onların mərkəzdə əldə etdikləri peşə bacarıqları müqabilində əmək bazarına çıxış imkanlarına yiyələnmələrinə, məşğulluğunun təminatına da diqqət artırılacaq. Eyni zamanda, həmin gənclərin müxtəlif iqtisadi fəaliyyət növləri üzrə özünüməşğulluğunun təminatı üçün müvafiq işlər aparılacaq".
"Sağlamlıq imkanları məhdud insanların öz üzərində çalışmaqla fiziki məhdudiyyətlərinə qalib gələrək böyük uğurlara nail ola bilməsinə dair həyatda kifayət qədər nümunələr var. Siz də daim öz bacarıq və qabiliyyətinizi təkmilləşdirməklə həyatda özünüzü təsdiq etməyə, uğur qazanmağa doğru irəliləməlisiz. Biz bu yolda daim sizə yaxından dəstək olacağıq”, deyə S.Babayev bildirib.
Gənclər onların sosial təminatlarının gücləndirilməsi, tibbi-sosial reabilitasiyası və cəmiyyətə inteqrasiya imkanlarının genişləndirilməsi, o cümlədən məşğulluqlarının dəstəklənməsi üçün ölkədə aparılan fəal dövlət siyasətinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdar olduqlarını vurğulayıblar.
S.Babayev mərkəzdə peşə hazırlığının təşkili üçün yaradılmış şəraitlə, sinif və emalatxanalarla, gənclərin xalçaçılıq, toxuma, rəssamlıq, ağac üzərində oyma və s. növlərdə hazırladıqları əl işləri ilə tanış olub. Nazir bildirib ki, gənclərin əl işlərinin müxtəlif sərgilərdə nümayişi təmin olunmaqla, onların satışının təşkili imkanları da araşdırılacaq.
Tədbir iştirakçıları sağlamlıq imkanları məhdud gənclərin boccia idman növü üzrə yarışını da izləyib. Nazir S.Babayev gənclərlə birgə boccia yarışında iştirak edib.
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR
YENİ NAZİR KÖHNƏ KADRLARA SAVAŞ AÇIB - Daha iki idarə rəisi vəzifədən azad edildi (YENİLƏNİB)
Sənədsiz evlərlə bağlı yeni portal yaradılır: həyət evləri ilə bağlı amnistiya işləri aparılır - VİDEO
Tanınmış aşığın gəlini evdən qaçıb? – VİDEO
Əli Əsədovdan daha bir qərar - Dövlət Xidmətinə 2 xidməti minik avtomobil veriləcək