"Əgər Putin mənimlə yeməyə otursaydı, ondan dünya və onun özü üçün..." - Trampdan maraqlı mesaj

img

14-06-2018 [09:27]


"Böyük yeddilər"in Kanadadakı sammitinin diskussiyalarının demək olar, dörddə bir hissəsi Rusiyaya həsr edilmişdi. Çünki Moskvanı əvvəlki formata qaytarmaq yaxşı olardı.

Bu barədə "Fox News" telekanalına müsahibəsində ABŞ prezidenti Donald Tramp bildirib.

"Bilirsiniz, biz vaxtımızın təxminən 25 faizini Rusiya barədə danışmaqla itirdik. Və mən özüm barədə düşündüm. Məgər onlar burda olsaydı, yaxşı olmazdı? 

Mən bunu Rusiyaya görə demirəm, ABŞ-a görə deyirəm. Sizə bir misal - əgər Vladimir Putin Kanadada şam yeməyinə mənimlə birlikdə masaya əyləşsəydi, əgər orda olsaydı, mən ondan dünya və onun özü üçün yaxşı şeylər etməsini istərdim", - deyə o bildirib.

"Buna görə də hesab edirəm ki, telefonla danışmaqdansa, şəxsən ünsiyyətdə olmaq yaxşıdır", - deyə Tramp əlavə edib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA