23-05-2018 [12:54]
İlham Heydər oğlu, mən səmimi və açıq danışan insanam. Nə düşünürəmsə, onu da yazıram. Dünyanın ən gözəl və müasir paytaxtlarından birinə çevrilmiş Bakını görəndən sonra şadam ki, Heydər Əliyevin Azərbaycanın gözəl gələcəyi barədə arzuları həyata keçirilir. Geniş yayılmış və o qədər də yaxşı mənada işlənilməyən bir ifadə var – "Moskvanın əli”. İcazə verin, başqa bir ifadədən istifadə edim və onu ən yaxşı mənada işlədim – "Bakının əli”. Parisdə Versal sarayının parkındakı mədəniyyət abidələrinin və Luvrda İslam incəsənəti şöbəsinin bərpasında "Bakının əli”. Berlin qəsrinin bərpası işlərində "Bakının əli”. Romada, Kapitoliya muzeylərində "Filosoflar zalı”nın bərpasında "Bakının əli”. Bakıda olarkən mən təkcə şəhərin deyil, insanların da gözəlləşdiyini gördüm. Onlar daha qəşəng görünürlər. Səliqəli geyinən insanlar müasir avtomobillərdə valehedici yollarda və nadir körpülərdə gəzirlər.
Mən, 50 ildən çox iş təcrübəsi olan kinematoqrafçı kimi, hansı ölkədə olsam, həmin ölkədə həqiqi kinonun olub-olmaması ilə maraqlanıram. Dünyanın bir sıra ölkələrində oxuyan, rəqs edən insanlar görmüşəm. Lakin tamaşaçını valeh edən əsl kino heç də bütün ölkələrdə yoxdur. Mən şadam ki, Azərbaycanda belə kino var! Aprelin axırlarında Bakıda mənə tamaşa etmək xoşbəxtliyi nəsib olmuş Heydər Əliyev haqqında film məni buna inandırdı. Bu film məni valeh etdi! Rusiyada hamı kimi, mən də Heydər Əliyevi görkəmli dövlət xadimi, yeni Azərbaycan dövlətinin banisi kimi tanıyırdım. Heydər Əliyevin həyatının bu filmdə bəhs edilən, Rusiyada məlum olmayan səhifələri sayəsində mən həqiqətən nadir bir şəxsiyyət gördüm! Filmi bizdə, Rusiyada çox məşhur olan və hörmət bəslənən Vaqif Mustafayev çəkib. O, dünya kinematoqrafında da çoxsaylı beynəlxalq festivalların mükafatlarının sahibi kimi məşhurdur. Vaqifin filmi məni – 70-dən çox filmin müəllifini elə ilk kadrlardan cəlb etdi. Bu filmə baxdıqca həmin əsərin qəhrəmanına o dərəcədə yaxınlıq hiss etdim ki, filmin sonuna qədər ona görə həyəcan keçirirdim. Onun düşmənləri mənim düşmənlərim, onun qələbələri mənim qələbələrim oldu.
Düşünürəm ki, bu filmin bütün gələcək tamaşaçıları onların milli mənsubiyyətindən asılı olmayaraq, özlərini filmin qəhrəmanına bənzədəcəklər. Ona görə ki, bu filmin ağıllı, nəcib, igid və cəlbedici qəhrəmanı ölkənin təhlükəsizliyinin keşiyində qətiyyətlə dayanmaqla bərabər, həm də günahsız insanları xilas edir. Yeri gəlmişkən, Vaqifin ssenarisi belə də adlanırdı – "İnsanları xilas etməyə gəlirəm”. Məni sevindirən bu oldu ki, filmin ərsəyə gəlməsində Rusiyanın çoxsaylı məşhur kino xadimləri və tanınmış aktyorlar məmnuniyyətlə iştirak ediblər. Bu film özünün yüksək bədii və texniki səviyyəsinə görə, heç şübhəsiz, dünya səviyyəli kinematoqraf əsəridir. Buna görə də eşidəndə ki, Hollivud bu filmin yaradılmasına qoşulub, əsla təəccüblənmədim.
Hörmətli İlham Heydər oğlu, bu film Sizin rəhbərlik etdiyiniz ölkənin həyatının bütün sahələrində, o cümlədən incəsənətdə də qazandığınız nailiyyətlərin daha bir parlaq sübutudur”.
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR
YENİ NAZİR KÖHNƏ KADRLARA SAVAŞ AÇIB - Daha iki idarə rəisi vəzifədən azad edildi (YENİLƏNİB)
Sənədsiz evlərlə bağlı yeni portal yaradılır: həyət evləri ilə bağlı amnistiya işləri aparılır - VİDEO
Tanınmış aşığın gəlini evdən qaçıb? – VİDEO
Əli Əsədovdan daha bir qərar - Dövlət Xidmətinə 2 xidməti minik avtomobil veriləcək