20-04-2018 [10:07]
Türkiyədə Azərbaycanın ən iri media holdinqi kimi təqdim edilən "Global Media” şirkəti yaradılıb.
Mia.az "Yeni Müsavat”a istinadən xəbər verir ki, İstanbulda "Cine 5" və ”Kanal 6" telekanallarının ofisinin yerləşdiyi binada bu istiqamətdə 3 aydır intensiv hazırlıq işləri aparılır. Məsələnin maraqlı tərəfi odur ki, iri layihəyə Azərbaycanda "vurulmuş” nəqliyyat naziri Ziya Məmmədovun kadrı Elnur Abdullayev rəhbərlik edir. Yayılan məlumata görə, media holdinqin sahibi bu günə qədər qurulmasına 5 milyon dollara yaxın vəsait xərcləyib. Əgər bu şəxs Elnur Abdullayevdirsə, onda bu qədər sərmayə ola bilərdimi?
Anar Məmmədovun xalası oğlu Elnur Abdullayevlə münasibətlərinin çox yaxşı olduğu bildirilirdi. Həmçinin qeyd olunan taksi şirkətində Elnur Abdullayevin pay sahibi olduğu deyilirdi. Ziya Məmmədov onu 3 avqust 2015-ci il tarixli əmri ilə DANX rəisi vəzifəsinə təyin edənə qədər Elnur Abdullayev "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC-nin baş direktoru vəzifəsində çalışıb. Ziya Məmmədov işsiz qalandan sonra onun kadrları da nəqliyyat sistemindən "təmizləndi”lər. Həmin günlərdə Elnur Abdullayev də vəzifəsini itirdi. Bundan sonra onun hara getdiyi, nə işlə məşğul olduğu bilinmirdi. Bir qədər əvvəl isə onun səsi Türkiyədən gəlməyə başlayıb. Türkiyədə hazırda telekanal açmaq elə də asan məsələ hesab olunmur. Həm də böyük bir layihə üçün böyük paraların olması da vacib şərtdir. DANX rəisi işləmiş birinin öz maliyyə hesabına belə bir layihənin altına girməsi inandırıcı görünmür. İndiki halda Ziya Məmmədova Türkiyədə telekanallar açmaq imkanı tanınması da inandırıcı görünmür. O da mümkündür ki, sabiq nazirin kadrları indi başqa bir məmur-oliqarxın bayrağı altına keçiblər. Türkiyədə gerçəkləşdirilən böyük layihəni də həmin məmur maliyyələşdirir. "Məqsədi, məramı nədir” sualı isə açıqdır. Hər halda yeni media holdinqin ortaya çıxaracağı məhsullar "musiqini sifariş edənin” kimliyini ortaya qoyacaq.
Lucas Hernandez AVRO-2024-də oynaya bilməyəcək
"Qalatasaray"ın canlı əfsanəsi peşman olub: "Kasilyas dedi ki, həyatımı məhv etdin..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR