Saxlanılan şəxs polis şöbəsində intihar etdi - Prokurorluq cinayət işi başladı

img

16-02-2018 [10:48]


Astarada polis tərəfindən tutulan şəxs intihar edib.

Hadisə Astara rayon Polis Şöbəsinin müvəqqəti saxlanma yerində qeydə alınıb. Orada saxlanılan, 1988-ci il təvəllüdlü Bəhram İmamverdiyev kamerada özünü asıb.

Faktla bağlı Astara rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

Qeyd edək ki, B. İmamverdiyev narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək tutulubmuş/apa.

Digər xəbərlər
SON XƏBƏRLƏR