Mia.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda Qara Qarayev prospektində beşmərtəbəli yaşayış binasının ərazisində məişət tullantıları 5 m2 sahədə yanıb.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. Əlavə məlumat veriləcək.
***
Mia.az xəbər verir ki, məsələ ilə bağlı "Azəriqaz” İstehsalat Birliyinin (İB) mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev Modern.az-a açıqlama verib. Qurum rəsmisi bildirib ki, yanğın faktı Qara Qarayev prospekti 92 ünvanında qeydə alınıb:
"Yanğın mətbuatda qeyd edildiyi kimi, Qara Qarayev prospekti 86 ünvanında deyil, Qara Qarayev prospekti 92 ünvanında baş verib. Yanğın blokdakı məişət tullantılarında başlayıb”.
İ.Kərbalayev deyib ki, məlumat həqiqəti əks etdirmir: "Hər hansı qaz sızması, partlayış baş verməyib”.