Mirşahin Ağayevin qardaşına hökm oxundu - 3 il

img

25-01-2018 [17:42]


Bakı Ağır Cinayətlər Məhkəməsində ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayevin qardaşı, dələduzluqda təqsirləndirilən Mirəddin Ağayevə hökm oxunub.

Hakim Novruz Kərimovun icraatında olan prosesdə M.Ağayev 3 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, M.Ağayev vətəndaş Qəzənfər Qəzənfərovdan 2 min manat alıb qaytarmadığı üçün həbs edilib. İstintaq zamanı müəyyən edilib ki, o, 4 nəfərdən 86 min manat alaraq dələduzluq edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR