16-01-2018 [22:00]
Ceyhun MUSAOĞLU
***
Yenidən eyni məntiqə köklənməyimiz üçün yenədəmi aprel savaşı arzulayaq? Çaşdırırıq, insan fikrində yox, düşüncəsində azaddır. Nə istəyirsən, düşünə bilərsən, hər düşündüyünü dilinə gətirə bilməzsən.
Qadağalar insanı heyvandan ayırmaq üçündür. Əlin-qolun, ayağın-başın bağlanmır, nəyi, harda, necə demək lazım olduğunu şüurunla dərk edirsən. Azad insan öz azadlığının sərhədlərini tanıyandır. Söymək sənin haqqındır, razıyam, amma bu haqq mənim haqqımı gəmirirsə, heyvaniləşmiş olursan. Kişilər, yəqin yanımızda əks cinsin nümayəndəsi olmayanda söyüşlü lətifələrdən danışıb ləzzət aldığımız anları az yaşamamışıq. Bir xanım gəldimi, susmuşuq. Niyə? Tapdız: onda özümüzə qarşı ikrah hissi oyatmayaq, "eşşək" damğasını alnımıza yazdırmayaq.
Özgəsini sevərək yaşayacaqsan, oğlum mənim. Özgəsinə nifrət etmək onu incidəcək səviyyəyə enəcəksə, qaydaları pozmuş sayılacaqsan, heyvanım mənim. Biz onda uduzduq ki, millət olmamış fərd olduğumuzu gözə soxmağa başladıq. Deyirlər, beşinci sivilizasiya bizik. Deyirlər, üçüncülər, dördüncülər bizdən daha zəkalı olublar. Baxın, yoxdular, sanki heç olmayıblar. Səbəb sadədir: onların heç bir toplumu millətə, xalqa çevrilə bilməyib. Unutmayın, dövlətin olması hələ xalqa çevrilmək anlamına gəlmir. Xalqın daşlaşmış dəyərləri olur. O dəyərlər yaşasın deyə, milyonlarla azərbaycanlı özlərini, balalarını qurban veriblər, verirlər. Lap ağırını misal çəkim. O dünyanın varlığına inanmayan ateist də şəhidin əbədiyyətə qovuşduğunu, ən uca məqama çatdığını nəinki dilində, heç düşüncəsində belə, inkar etmir. Şəhidlik dəyərdir.
Dinlədim, oğlunun naminə dedin ki, fərarilik də insan azadlığıdır. Yox, əziz şairim. Fərarilik ordunun haqqına girməkdir, kiminsə yerinə yaşamağa dürtülməkdir. Azadlıq ən dəyərli nemətdir, onu fərarinin ürəyinə pul kimi basmağa tələsməyin.
Sağ ol, ay İlham Tumas. Pafos məhz yalan danışmaq və bu yalanı guruldamaqdır. Xəlil Rza yalan danışmadı. Xəlil Rza yalanı heç düşünmədi də. Ona görə xalqın dəyərinə çevrildi. Nizami də dəyərdir, Füzuli də. Mirzə Fətəli Axundzadə də dəyərdir, Cəlil Məmmədquluzadə də, Mikayıl Müşfiq də dəyərdir, Səməd Vurğun da. Rəsul Rza da dəyərdir, Əli Kərim də. Bəli, Fuad Poladov da dəyərdir, Həsən Turabov da, Şövkət Ələkbərova, Zeynəb Xanlarova da. Mənim mən olduğumu mənə sübut edən nə varsa, dəyərdir. İndi onlar neyləsin ki, mən mənə sübut olunan məni tanıya bilmədin başqa mənlərdə əridiyim üçün.
Millət olmadan əvvəl fərd olmağa can atdınsa, sürünə-sürünə ilana dönəcəksən. İkinci dünya müharibəsində ən ağır məğlubiyyətə düçar olan Almaniya 40 il keçmədi, dünyanın ən möhtəşəm ölkəsinə, ən azad, mədəni xalqına çevrildi. Almaniya parlamentində qərar qəbul olunub: kriminal xəbərlərin yayılması minumum həddə endirilsin. Biz "Almaniyada" ifadəsini səsləndirən kimi, yanımızdakının ilk reaksiyası belə olur: "...piyvə bizim pulla havayıdırr". Fərdik, şəxsimizə lazım olanı düşünürük.
Millət olmadan fərd kimi yaşamaq eşqinə düşənlərin dilini elə burarlar ki, danışanda topuq çalar. Ha dinləyirsən, bilmirsən hansı xalqın dilidir, danışan kimdir. Başımız özümüzün eqosuna qarışıb. Onda ayılacağıq ki, danışdığımız kimi yazırıq, onda ayılacağıq ki, "a"-ları alma bilib yemişik, "salam"ı "slm"la əvəzləmişik. Bax onda atamızın salamını alanda elə biləcək söyürük onu, analarımıza "oğlun əskərlikdən qayıtdı” deyəndə elə biləcək, paralic keçirib pəltək olmuşuq. Hardan bilsin ki, "g" səsindən qorxuruq. "Günəşdən gizlənən yarasalardır".
Azerfax.az
Qoy bu yazı bitməsin...
Lucas Hernandez AVRO-2024-də oynaya bilməyəcək
"Qalatasaray"ın canlı əfsanəsi peşman olub: "Kasilyas dedi ki, həyatımı məhv etdin..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR