10-01-2018 [16:35]
2017-ci il ərzində Müdafiə Nazirliyinə daxil olmuş müraciətlərə baxılması, hərbi qulluqçuların, onların ailə üzvlərinin və vətəndaşların qəbulu işi Azərbaycan Respublikasının Konstitusiyasına, "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında”, "Hərbi qulluqçuların statusu haqqında” qanunlara və müdafiə nazirinin müvafiq əmrlərinə əsasən həyata keçirilib.
Nazirlikdən Mia.az-a bildirilib ki, ali dövlət hakimiyyəti və idarəetmə orqanlarından, nazirliklərdən, ictimai təşkilatlardan və vətəndaşlardan Müdafiə Nazirliyinə daxil olmuş 50 minədək müraciət qanunvericiliklə müəyyən olunmuş qaydada aidiyyəti üzrə nazirliyin baş idarə, idarə və xidmətlərində baxılaraq həll edilib, bəzi müraciətlər icraya nəzarət çərçivəsində nəzarətə götürülüb.
Müraciətlərdə göstərilən məsələlərin mahiyyəti diqqətlə öyrənilib, onların yaranma səbəbləri təhlil edilib, müvafiq tədbirlər həyata keçirilib, həmçinin hərbi qulluqçuların və onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə aidiyyəti dövlət orqanları və müvafiq qurumlarla əlaqələr yaradılıb.
Vətəndaşların müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi və elektron xidmətin təşkili məqsədilə Müdafiə Nazirliyinin "mod.gov.az” rəsmi internet səhifəsinin "Müraciətlər” bölməsində Nazirliyin rəhbər şəxslərinin qəbul günləri, vaxtı, yeri və əlaqə telefonları, eləcə də "[email protected]” elektron poçt ünvanı göstərilib.
Vətəndaşlar "Müraciətlər” bölməsinə daxil olaraq onları maraqlandıran 5 minədək sual, təklif, sorğu və şikayəti internet vasitəsi ilə Müdafiə Nazirliyinə ünvanlayıb. Müraciətlərin qəbul olunması barədə vətəndaşlara dərhal məlumat verilib, onların mahiyyəti üzrə araşdırılması və cavablandırılması təmin edilib. Bundan əlavə, nazirliyin 912 nömrəli "Qaynar xətt”inə daxil olan müraciətlər araşdırılaraq bir qismi operativ olaraq həll edilib, digərləri isə müvafiq qaydada icra olunub.
2017-ci il ərzində Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində, eləcə də hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində təyin olunmuş günlərdə və saatlarda 2 min nəfərdən artıq vətəndaşın qəbulu keçirilib. Qəbul zamanı daxil olmuş müraciətlər araşdırılıb və müvafiq tədbirlər görülüb.
"2018-ci ildə də hərbi qulluqçuların, onların ailə üzvlərinin və vətəndaşların qəbulu və müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi, həmçinin daxil olmuş müraciətlərin icrasına nəzarətin daha da gücləndirilməsi məqsədilə Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən müvafiq göstəriş verilib", - deyə məlumatda vurğulanır.
Lucas Hernandez AVRO-2024-də oynaya bilməyəcək
"Qalatasaray"ın canlı əfsanəsi peşman olub: "Kasilyas dedi ki, həyatımı məhv etdin..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR