İranda daha bir güclü zəlzələ olub - 6,3 bal gücündə

img

01-12-2017 [09:29]


İranın cənub-şərq hissəsində 6,3 bal gücündə zəlzələ olub. 

APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərinə görə, yeraltı təkanlar Bakı vaxtı ilə 06.32-də Kerman şəhərindən 65 km şimal-şərqdə qeydə alınıb. Zəlzələnin ocağı 13 km dərinlikdə olub.    
 
Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.  
 
Xatırladaq ki, noyabrın ortalarında İranın İraqla həmsərhəd Kermanşah əyalətində 7,2 bal gücündə zəlzələ olub. Nəticədə 505 nəfər ölüb, 12 mindən çox insan xəsarət alıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA