Zeynəddin Hacıyevə 10 il cəza verildi

img

25-09-2025 [15:26]


Azərbaycanda terrorçuluqda təqsirləndirilən Zeynəddin Hacıyev barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Mia.az APA-ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim İlham Cəfərzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Ammar Azeri ləqəbi ilə bilinən Zeynəddin Hacıyev adı açıqlanmayan konkret qapalı ictimai məkana silahlı basqınla müşayiət olunan terror əməllərinə hazırlığa görə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, DTX tərəfindən həbs olunmuş Z.Hacıyev Cinayət Məcəlləsinin 28, 214.2.6-cı (Terrorçuluq, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə) və digər maddələri ilə ittiham olunur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA