Tramp BMT baş katibindən tələb etdi: "Təxribatı dərhal araşdır və..."

img

25-09-2025 [10:49]


ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasına gəlişi və çıxşı zamanı yaşanan "texniki nasazlıq"ları təxribat adlandırıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, bu səbəbdən BMT-nin baş katibi Antonio Quterreşdən faktın dərhal və şəffaf araşdırılmasını tələb edib.

Tramp bildirib ki, Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışından əvvəl və çıxışı zamanı yaşananlar təsadüfi olmayıb: "Bu, əvvəlcədən planlaşdıırlmış təxribatdır"

BMT binasının girişində eskalatorların qəfil dayandığını və həyat yoldaşı Melaniya Trampla birlikdə yıxılmaqdan birtəhər qurtulduqlarını da xüsusi vurğulayan Trampın sözlərinə görə, İngiltərə mətbuatının bu haqda yazdıqları faktdır: "İngilislər eskalatorun qəfildən dayandırılmasını BMT əməkdaşlarının qəsddən və zarafat üçün etdiyini yazıb. Bu, yaşadığıımız hadisə ilə üst-üstə düşür. Məsuliyyət daşıyanlar dərhal həbs edilməlidir"

Xatırladaq ki, Tramp çıxışa başlayarkən teleprompter xarab olub, o, bir müddət gözləməli olub. Həmin vaxt Tramp elə tribunadan bunun qəsdən edildiyini, məsuliyyət daşıyanların cəzalanacağını bəyan edib.

Lamiyə Əhmədli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA