Azərbaycan daha bir ölkə ilə vizanı qismən ləğv edib

img

24-09-2025 [10:04]


Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində qvineya-bisaulu həmkarı Karlos Pinto Pereyra ilə görüşüb.

Mia.az xəbər verir ki, bu barədə nazir sosial media hesabında paylaşım edib:

“Həmkarım, Qvineya-Bisaunun xarici işlər naziri Karlos Pinto Pereyra ilə BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində görüşməkdən məmnunam.

Biz ikitərəfli əməkdaşlığı, siyasi dialoqu genişləndirmək və çoxtərəfli güclü əlaqələr qurmaq yollarını müzakirə etdik.

Görüş zamanı biz “Azərbaycan Respublikası Hökuməti ilə Qvineya-Bisau Respublikası Hökuməti arasında diplomatik, xidməti və xüsusi pasportlara malik şəxslərin qarşılıqlı vizadan azad edilməsi haqqında Saziş”i imzaladıq”


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA