İsrail Yəmənin paytaxtını bombalayır - Böyük dağıntılar var

img

25-09-2025 [17:46]


İsrail Yəmənin husilərin nəzarətində olan paytaxtı Sənaya bir neçə saatdır ardıcıl hava hücumu həyata keçriir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb. 

Bildirilib ki, Husilərin dünən İsrailə PUA hücumuna cavab olaraq həyata keçirilən hava hücumlarında qruplaşmaya məxsus bir çox strateji hədəflər məhv edilib: "Əməliyyat davam edir"

Məlumatda deyilir ki, Yəmənin paytaxtı Sənada böyük dağıntılar var

Husilər hələlik itki barədə xəbər yayımayıb.

Xatırladaq ki, husilər dünən İsrailin cənubundakı Eylat şəhərinə PUA-lara zərbə endirib, nəticədə 22 nəfər yaralanıb.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA