"Ankara, Moskva və Tehran Suriyaya dair mütəmadi danışıqlar aparacaqlar" - Ərdoğan

img

25-11-2017 [22:43]


Türkiyə, Rusiya və İran Suriyadakı vəziyyətlə əlaqədar mütəmadi danışıqlar aparacaqlar. 

Bu barədə Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan Balıkəsir əyalətində hakim Ədalət və İnkişaf Partiyasının deputatları qarşısında çıxışı zamanı bildirib.

"Biz Suriyada humanitar böhrana son qoymaq üçün prinsipial razılığa nail olmuşuq. Biz hər 15 və ya 30 gündən bir danışıqlar aparacağıq. Ümid edirəm ki, Suriya yaşayan insanlar ən yaxın zamanda qərarlarımızın nəticəsini hiss edəcəklər”, - deyə Ərdoğan qeyd edib.

Qeyd edək ki, noyabrın 22-də Soçidə Rusiya, Türkiyə və İran prezidentləri arasında Suriya nizamlanmasına dair görüş keçirilib/apa.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA