Çavuşoğlu ABŞ-a mesaj verdi, Trampa vədini xatırlatdı: "YPG-yə qarşı əməliyyatımız olacaq"

img

30-11-2017 [17:27]


Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ prezidenti Trampın prezident Ərdoğanla telefon söhbətində "YPG-yə daha silah verilməyəcək" vədindən sonra Pentaqonun terror təşkilatına yenidən silah yardımı edilməsinə aydınlıq gətirib.

Mia.az xəbər verir ki, o, yaranmış təzadlı vəziyyətin ABŞ-ın daxili durumu ilə əlaqələndirib: "Əgər Pentaqon öz prezidentinin əmrinə əmə edib, onu dinləmirsə, əlbəttə, bu, bizi narahat edir. Çünki onlara  verilən silahlar bizə qarşı təhdiddir"

Çavuşoğlu Trampın vədinə əməl edəcəyini gözlədikərini də deyib: "ABŞ kimi bir ölkənin prezidentinin sözünü tutması vacibdir".

Türk nazir Suriyanın Afrin şəhərini işğal edən YPG-yə qarşı əməliyyata başlayacağını bir daha bəyan edib. 

Mia.az  

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA