Köpək balıqları iki qayığa hücum etdi: 31 nəfər öldü, 40 nəfər yoxa çıxdı - Aralıq dənizində şok olay

img

29-11-2017 [00:10]


Aralıq dənizində Avropaya üzən iki miqrant qayığına köpək balıqları hücum edib.

Bu barədə Liviyanın Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Bildirilir ki, hadisə nəticəsində 31 nəfər ölüb, 40 nəfər itkin düşüb. Faciə Şimali Afrika sahillərindən təqribən 65 km aralıda baş verib.

Xilasedicilərin sözlərinə görə, ölənlərin aşkar olunmuş meyitlərində köpək balıqlarının dişlək izlərinin yeri görünür. Qeyd olunur ki, bəzi miqrantlar yırtıcılardan xilas olmaq üçün çevrilmiş qayıqlara çıxmaq istəyən zaman ölüblər.

"Ətrafda çoxsaylı cəsəd var idi və biz burada onların arası ilə üzən 4-5 köpək balığı gördük. Böyük mavi köpək balıqları, çox aqressiv növdür", — deyə dənizçilərdən biri bildirib.

Faciə yerində digər qaçqınlarla dolu qayıqlar da olub/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA