"Misir və İsrail Obamanı məcbur edirdilər ki, İranı bombalayaq" - Kerri

img

29-11-2017 [17:36]


"İsrail və Misir Tehranla 2015-ci ildə imzalanan nüvə sazişindən əvvəl Obamanı İranı bombalamağa vadar etməyə çalışırdı".

Bu barədə ABŞ-ın keçmiş dövlət katibi Con Kerri danışıb.

Onun sözlərinə görə, İsrailin Baş naziri Benyamin Netanyahu Vaşinqtonu mütəmadi olaraq müharibəyə başlamağa təşviq edib. Nüvə sazişini müdafiə edən Kerri, həmin sazişin ABŞ-ın əldə edə biləcəyi ən yaxşı anlaşma olduğunu açıqlayıb.

Qeyd edək ki, İranın nüvə proqramını dayandırması qarşılığında BMT sanksiyalarının ləğv edilməsini nəzərdə tutan saziş 2015-ci ilin 14 iyulunda imzalanıb/Axar.az.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA