Saakaşvili Ukraynada qalacaq - Rəsmi Kiyev sabiq prezidentin sənədinin etibarlılıq müddətini uzatdı

img

30-11-2017 [20:53]


Mixeil Saakaşvilinin Ukraynada qalmağını təsdiqləyən sənədin etibarlılıq müddəti uzadılıb. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili məlumat verib. 

Onun sözlərinə görə, Ukraynanın Miqrasiya Xidməti onun ölkədə qalmağının qanuniliyini təsdiq edən sənədin etibarlılıq müddətini gələn il martın 1-dək uzadıb. 

Qeyd edək ki, M.Saakaşvili bundan əvvəl Ukrayna Miqrasiya Xidmətindən onun ölkədə qalmağının qanuniliyini təsdiq edən sənəd alıb.

Siyasətçinin vəkili bildirib ki, sənəd M.Saakaşvilinin ona əlavə müdafiə təqdim etməkdən imtinaya dair şikayətin məhkəmədə baxılanadək ekstradisiya edilməyəcəyinə bir təminatdır. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA