21-11-2017 [14:22]
"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov noyabrın 22-də Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda İngiltərənin "Çelsi” komandasına qarşı Bakıda keçiriləcək oyun ərəfəsinə mətbuat konfransı təşkil edib.
O, qeyd edib ki, komandası ağır oyuna hazırlaşır:
- Həm bizim, həm də rəqib üçün vacib matçdır. Hər şeyi başa düşürük. Rəqibin gücünü bilirik. Meydanda sona qədər və düzgün mübarizə aparmağa çalışacağıq. Bakıdakı son matçımızdır.
- Pedro Enrikenin yerinə kimə şans verəcəksiniz? Dani Kintananın durumu necədir?
- Əlimizdə olan digər futbolçulardan yararlanmağa çalışacağıq. Pedro barədə düşünmürük. Daninin durumuna isə oyuna qədər bilinəcək. Vəziyyəti normaldır.
- Qışda heyəti gücləndirmək üçün müdafiəçi transfer edəcəksiniz? Əksəriyyəti yaşlıdır.
- Yaşa baxmıram. Mənim hər bir yaşlı oyunçum digərlərinə nümunədir. Hazırda yalnız sabahkı oyun barədə düşünürük.
- "Çelsi” ilə ilk oyunda İbrahim Şehiç gərginlikdə idi və səhvlər etdi. Bu, onun və ya digərləri üçün sabahkı matçda problem yarada bilərmi?
- Komandamda olan hər bir oyunçu mənim üçün önəmlidir. Onların hamısına güvənirəm. İki heyətlə oynamağa, klub kimi formalaşmağa bizə hələ uzun illər lazımdır.
- "Qarabağ”ın 2 xal toplaması və Avropa Liqasına yollanmaq imkanı komandaya əlavə təzyiq yaratmır ki?
- Təzyiq həmişə olur. Bu, bir nömrəli turnirdir. Azarkeşlər daha yaxşı nəticə gözləyirlər. Təzyiq həmişə olur, normaldır. Lakin vəziyyəti də düzgün qiymətləndirməliyik. Biz "Çelsi”yə qarşı oynayırıq. Konte də deyib ki, bu görüş onlar üçün mövsümün ən önəmli oyunudur. Sabah layiqli oyun göstərməyə çalışacağıq. Bu komandanın nöqsanını görə bilmərsiz. Meydanda düşünülmüş şəkildə hərəkət edirlər. Futbolçularıma güvənirəm. Rəqib oyunun gedişatında çox dəyişiklilərə əl atır. Biz üçüncü yer haqda yox, məğlub olsaq, belə azarkeşlərimizin razı getməsi barədə düşünürük.
- Futbolçuların ilk oyundakı 0:6 hesablı məğlubiyyəti nəzərə alsaq, bu, qarşıdakı matçda futbolçularınızda həyəcan yaratmayacaq ki?
- Futbol elə səviyyəyə gəlib ki, 0:6 hesabı çox oyunlarda olur. Şehiçdən çox sual verilir. Mən də baş məşqçi kimi 0:6 uduzmuşam. Onda gərək məni də köməkçilərim əvəzləyə/Qol.az.
Lucas Hernandez AVRO-2024-də oynaya bilməyəcək
"Qalatasaray"ın canlı əfsanəsi peşman olub: "Kasilyas dedi ki, həyatımı məhv etdin..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR