24-10-2017 [18:04]
Gürcüstanda yerli özünüidarəetmə orqanlarına oktyabrın 21-də keçirilən seçkilərdə 200-dən çox azərbaycanlı namizəd mübarizə aparıb və onlardan 67-si qələbə qazanıb.
Bu seçkilərdə mübarizə aparan 205 azərbaycanlının 165-i hakim "Gürcü Arzusu- Demokratik Gürcüstan” Partiyasının namizədləri olub.
Onlardan bir nəfər -Teymur Abbasov Marnauli rayonunun meri seçilib.
Azərbaycanlıların ən çox yaşadıqları Marneuli rayonunda bələdiyyəyə cəmi 35 nəfər seçilib. Onlardan 19-u azərbaycanlılardır. Azərbaycanlıların 13-ü majoritar dairələrdən, 6 nəfəri isə proporsional siyahı üzrə yerli özünüidarəetmə orqanlarına mandatı qazanıb.
Bolnisi rayonunda isə namizədlər 30 yer uğrunda mübarizə aparıblar. Bu rayonda 11 azərbaycanlı qələbə qazanıb. Onların da 7-si majoritar, 4-ü partiya siyahısından seçiliblər.
Qardabani rayon Bələdiyyəsinə seçilən 36 nəfərdən 15-i azərbaycanlıdır. Doqquz azərbaycanlı majoritar, 6-sı proporsional sistem üzrə seçilib.
Dmanisi rayon yerli özünü idarəetmə orqanına seçilən 29 nəfərdən 14-ü azərbaycanlılardır. Bu 14 nəfərin 10-u birmandatlı dairədən, 4-ü isə partiya siyahısından mandat qazanıb.
Kaxeti bölgəsinin 2-ci ən böyük rayonu hesab olunan Saqareco (Qaraçöp kəndi) rayon Bələdiyyəsinə 4 nəfər, Laqodexi rayon (Qabal kəndi) bələdiyyəsinə isə 1 nəfər azərbaycanlı seçilib.
Azərbaycanlıların yığcam yaşadıqları Telavi rayonunda (Qaracalar kəndi) 1 azərbaycanlı, Tetriskaro rayonunda (Kosalar) 1 nəfər və Kaspi rayonunda (Ferma kəndi) bir azərbaycanlı mandat qazanıb.
Paytaxt Tbilisidə, Kutaisidə azərbaycanlı namizədlər olmayıb.
Qeyd edək ki, oktyabrın 21-də Gürcüstanda yerli özünü idarəetmə orqanlarına keçirilən seçkilərdə 4727 nəfər majoritar, 12902 nəfər isə proporsional siyahıda bələdiyyə üzvlüyü uğrunda mübarizə aparıb. Seçkilərlə əlaqədar 3644, o cümlədən 10 qapalı seçki məntəqəsi yaradılıb. Bu məntəqələrin də 208-i azərbaycanlıların yığcam yaşadıqları bölgələrdə olub.
Səsvermənin gedişini ümumilikdə 75 min 611 müşahidəçi, 4820 jurnalist izləyib.
Seçici siyahılarında 3 milyon 440 min 123 seçicinin adı var.
Səsvermə ilə əlaqədar 9 546 450 bülleten çap olunub. Gürcüstanda yaşayan milli azlıqlar üçün Azərbaycan-gürcü və erməni-gürcü dillərində bülletenlər çap olunub/Report.
Yaponiyada sərt hava şəraiti qəzaları artırıb: 27 nəfər ölüb, 300-dək xəsarət alan var
Nipah virusu təhlükəsi böyüyür - Asiya ölkələri ölümcül xəstəliyi həyəcanla izləyir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Zahid Oruc: "Ruskiy mir və Fars dilinin əhatəsində…" - "Söyüş və təhqir azadlığı demokratiya deyil"
Alena Əliyeva ilk inklüziv iaşə obyektini ziyarət edib - FOTOLAR
ABŞ və İran rəsmiləri İstanbulda görüşəcək
Rəfah Sərhəd Keçid Məntəqəsi açılıb
Həbsxananın keçmiş rəisinin meyiti tapıldı - Xırdalanda
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində: yeni sənədlər imzalandı - FOTOLAR (Yenillənib)
"Velizarofficial" adlı səhifənin idarəçi saxlanldı
Bakıda Xalq artistinin oğlu döyülüb (Yenilənib)
Azercell Gənclər Günü ərəfəsində Beynəlxalq İnformatika Olimpiadası üzrə milli komanda ilə görüş keçirib - FOTOLAR
"Kim, mən? Heç yerdə dindirilib eləməmişəm" - Sabiq icra başçısından daha bir açıqlama
İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına qeydiyyat davam edir - Gənclərin nəzərinə
Qaz borusu partlayıb, yaralılar var (YENİLƏNİB)
GENERALLAR YENİ VƏZİFƏLƏRİNDƏ HANSI RÜTBƏ DAŞIYACAQLAR? - Detallar
Gürcüstanda xarici maliyyələşmə və siyasi fəaliyyətlə bağlı qaydalar sərtləşdirilir
Rusiya ordusu Xarkovda bazara zərbə endirib, yaralılar var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Deputat: "Fövqəladə hallarla bağlı satınalmalar və xidmətlər sürətli rəsmiləşdirilməlidir"
Hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
KİV: İran və ABŞ nüvə sazişi üzrə danışıqları bərpa edir
Ermənistan Hindistanla hərbi-texniki əməkdaşlığı davam etdirməyə hazır olduğunu bəyan edib
Trampın xüsusi elçisi sabah İsrailə səfər edəcək
İranda iğtişaşlarda iştiraka görə 4 əcnəbi həbs edilib
5 rayonda tədbirə 310 min manat xərclənəcək - Komitə yeni ilin ilk ayından büdcənin "başını açıb"
Niderland vətəndaşı Ermənistanda həbs edilib
"Fənərbağça" gənc oyunçunu icarəyə götürüb
"Barselona" Fermin Lopezin müqaviləsini uzadıb
Portuqaliya "Kristin" fırtınasından sonra bərpa işləri üçün 2,5 milyard avro ayıracaq
"Yuventus" Mauro İkardini radarına alıb - Danışıqlar başlayıb
"Fatih Karagümrük" oyunçusu ilə yollarını ayırdığını açıqlayıb
"Beşiktaş" Aqbadu üçün yenidən danışıqlara başlayıb
Ciro İmmobile "Paris FC" klubuna keçid edib
Sabahın hava proqnozu açıqlanıb
Nigeriya qoşunlarını Benindən çıxarır
Onlar İTV-nin Yayım Şurasının üzvü seçildi - MM təsdiqlədi
"Pensiyalar yaxın günlərdə artacaq" - Deputat
Baş Prokurorluqda yeni təyinat olub