Ermənilər Füzulinin kəndini atəşə tutub, evlərə ciddi zərər dəyib - FOTOLAR

img

02-10-2020 [16:53]


Füzul rayonunun Arayatılı kəndinə mərmilər düşüb, evlərdən biri yanıb, bir neçə fərdi evlərə, həmçinin yaxınlıqdakı məktəbə ciddi zərər dəyib.

"Report"un Cəbhə bölgəsinə ezam olunmuş əmakdaşının məlumatına görə, Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhalinin yaşadığı kəndlərə nəvbəti dəfə mərmilər atılıb. Nəticədə bir evdə dağıntı və yanğın olub, bir evin həyətinə düşən top mərmisinin qəlpələri evə ziyan vurub.

Bundan başqa, kənd tam orta məktəbinin idman meydançasına düşən mərmi məktəbin pəncərələrinə və divarlarına ziyan vurub.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA