Ərdoğan Təhlükəsizlik Şurasını yenə topladı - Qapalı müzakirə

img

28-09-2017 [09:51]


Ankarada Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.
 
Qapalı şəkildə keçirilən toplantı iki saat yarım davam edib.
 
İclasda baş nazir nazir Binəli Yıldırım, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar, xarici işlər naziri Mövlüd Çavuşoğlu və digər dövlət rəsmiləri iştirak edib.
 
Bölgədəki son hadisələrin müzakirə edildiyi iclasda İraq və Suriyadakı vəziyyət barədə fikir mübadiləsi aparılıb. İclasda həmçinin terrorla mübarizəyə də yer ayrılıb/APA. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA