İraq kürd muxtariyyətinə 3 gün vaxt verdi - Son vəziyyət

img

26-09-2017 [21:23]


İraq hökuməti ölkənin şimalındakı kürd muxtar bölgəsinə xəbərdarlıq edib.

Mia.az türk mediasına istinadən xəbər verir ki, rəsmi Bağdad Ərbildən üç gün ərzində hava limanlarına nəzarəti İraq hökumətinə təhvil verməyi tələb edib. Əks təqdirdə İraqın şimalındakı kürd muxtar bölgəsindən bütün uçuşların dayandırılacağı bildirilib.

Qeyd edək ki, dünən İraqın Kürd muxtariyyətində müstəqillik barədə referendum keçirilib. Türkiyə və İraq referendumun qanunsuz olduğunu, nəticələrini tanımayacaqlarını bəyan ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA