Prezidentin iqamətgahının yaxınlığında atışma - Mühafizəçi öldürüldü

img

26-09-2017 [11:27]


Filippin liderinin Manilada yerləşən iqamətgahının yaxınlığında atışma baş verib.

Məlumatı dövlət başçısının mətbuat xidməti təsdiqləyib.

Hadisə zamanı prezident Rodriqo Duterte iqamətgahda olmayıb. Olay Dutertenin mühafizəçilərinin olduğu Malakand parkında baş verib. Mühafizəçilərdən biri öldürülüb.

Qeyd edək ki, R. Duterte ötən ilin may ayında prezident seçilib. Həmin andan etibarən Filippində narkotik alveri ilə məşğul olan  7, 7 min adam ölüb. Onlardan 2500-ü polis əməkdaşları tərəfindən öldürülüb/APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA