"Trampla danışdıq ki,..." - Ərdoğandan səfər sonrası açıqlama

img

24-09-2017 [10:47]


ABŞ Prezidenti Donald Trampla görüş zamanı Rusiyadan aldığımız S-400 zenit raket kompleksləri ilə bağlı müzakirə aparmamışıq.

Mia.az RİA-ya istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ səfərindən qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.

"Tramp S-400 sistemlərinin alınması ilə bağlı movzuya toxunmağı lazım bilmədi. Bu, bizim həlledici qərarımızın bir sübutudur. Əgər ABŞ tərəfinin bu məsələ ilə bağlı hər hansı təklifi yoxdursa, onda bu barədə onun danışmaq haqqı da yoxdur”, - dövlət başçısı bildirib.

Ərdoğan onu da əlavə edib ki, Ağ Ev rəhbəri ilə görüşdə Suriya–İraq böhranın həlli, FETÖ şəbəkəsinin lideri Fətullah Gülənin ekstradisiya məsələsi ilə bağlı danışıqlar aparıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA