"ABŞ vətəndaşı Baker Namazini azadlığa buraxın" - BMT baş katibindən İran prezidentinə müraciət

img

21-09-2017 [21:23]


BMT baş katibi Antoniu Quterreş İran prezidenti Həsən Ruhanidən ABŞ vətəndaşı və təşkilatın sabiq əməkdaşı Baker Namazini həbsxanadan azad etməyə çağırıb.

APA-nın "Reuters”ə istinadən verdiyi xəbərə görə,  bu barədə BMT-nin nümayəndəsi Stefan Düjarik Baş Assambleyanın 72-ci sessiyası çərçivəsində Antoniu Quterreş və Həsən Ruhani arasında keçirilən görüşündən sonra bildirib.

Qeyd edək ki, 2016-cı ilin oktyabrında İran məhkəməsi 80 yaşlı Namazi və onun 46 yaşlı oğlu Siamakı casusluqda ittiham edərək 10 il həbs cəzasına məhkum edib.  

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA