Həbsdə olan atasına narkotik vasitə keçirmək istəyən şəxs saxlanılıb - Əməliyyatın detalları

img

15-08-2017 [15:40]


Penitensiar xidmətin Baş idarəsinin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
 
Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Seyid-Hüseyn Mirmehti oğlu Ağamiyə oğlu Şirvan şəhər sakini Mirmövsüm Seyid-Hüseyn oğlu Ağami tərəfindən gətirilmiş sovqata və əşyalara baxış keçirilən zaman plastik qabda olan dovğanın içərisində gizlədilmiş 4 ədəd sellofan bükülüdən ümumi çəkisi 1.663 qram olan narkotik maddə - kokain aşkar edilərək götürülüb.
 
Fakt üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi məqsədilə Sabunçu Rayon Polis İdarəsinə göndərilib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA