Daha bir dəhşətli qəza: - Abşeronda baba və nəvəni maşın vurub, nəvə ölüb

img

10-08-2017 [11:54]


Abşeronda baba və nəvəni maşın vurub.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 9-da saat 23 radələrində Abşeron rayonunun 28 May qəsəbəsi ərazisində Bakı şəhər sakini Qaib Şahverdiyev idarə etdiyi "VAZ-21214” markalı avtomobillə yolu keçən qəsəbə sakinləri - Zabil Cəfərovu və onun azyaşlı nəvəsi Elməddini vurub.
 
Nəticədə uşaq xəstəxanaya aparılarkən yolda ölüb.
 
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA