Dəniz kənarındakı məşhur restoranda dava - Bir nəfər saxlanıldı

img

09-08-2017 [20:06]


Bakıda dənizkənarı restoranlardan birində dava düşüb.

Mia.az "Report”a istinadən xəbər verir ki, Xəzər rayonu, Mərdəkan çimərliyində yerləşən "Black Jack” restoranında iki naməlum şəxs obyekt sahibi ilə hesab üstündə mübahisə edib.

Mübahisə daha sonra əlbəyaxa davaya çevrilib. Hadisə yerinə Xəzər Rayon Polis İdarəsinin əməkdaşları gəlib. Restoran sahibi ilə mübahisə edən şəxslərdən biri - Pərvin Mehrəliyev saxlanılıb.

Məlum olub ki, mübahisə zamanı P.Mehrəliyevin tanışı özünə şüşə butulka ilə xəsarətlər yetirib.

Fakt üzrə araşdırmalar davam etdirilir.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA