Çovdarovun işi yekunlaşdı - Prokuror məhkəmədən vaxt istədı

img

09-08-2017 [15:07]


Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun istintaq işi yekunlaşıb.

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında baş tutan prosesdə A.Çovdarovun vəkilləri Kamandar Nəsibov və Sadiq Rəsulov bir neçə vəsattələ çıxış edib.

Onlar bir sıra sənədlərin sübutlar siyahısından çıxarılmasını, A.Çovdarovun Tibbi Məhkəmə Ekspertizanın təkrar keçirilməsini tələb ediblər.

Məhkəmə iclasında vəsatətlərlə bağlı müzakirələr aparılıb, ancaq təmin edilməyib. Məhkəmə istintaqının yekunlaşdırıldığı elan olunub. Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.

qafqazinfo

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA