Gömrükdə qızıl-zinət əşyaları müsadirə edildi

img

05-08-2017 [13:18]


Xaçmaz Gömrük İdarəsinin "Yalama" gömrük postunda Rusiyadan Azərbaycana Xarkov-Bakı sərnişin qatarı ilə gələn Ukrayna Respublikası vətəndaşının əl yüklərinə baxış keçirilib.

Mia.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin məlumatına görə, baxış zamanı, karton qutunun içində, gömrük nəzarətinə əvvəlcədən bəyan edilməyən - 4 ədəd üzük, 1 ədəd qolbaq, 1 cüt sırğa, 7 ədəd boyunbağı olmaqla, ümumi çəkisi 191 qram olan qızıldan hazırlanmış zərgərlik məmulatı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA