Maskalı şəxslər kimsəsiz qadını zorlayıb, pulunu oğurladılar - İmişlidə dəhşət

img

05-08-2017 [12:06]


İmişli şəhərində dəhşətli hadisə baş verib.

Mia.az avropa.info-ya istinadən xəbər verir ki, İmişli şəhəri, Şıxlinski küçəsi, ev 1-də tək yaşayan qadın G.İ (ad şərtidir) 3 nəfər tərəfindən zorlanıb.

Hadisə iyulun 28-də gecə saatlarında baş verib. Yaşlı olmasına baxmayaraq ailə həyatı qurmamış G.İ-nin evinə daxil olan 3 nəfər maskalı şəxs qadının əl qolunu bağlayaraq onu zorlayıblar.

Evə daxil olan şəxslər bununla yanaşı mənzildən 1000 manat da pul oğurlayıblar.

Faktı İmişli Rayon Polis İdarəsindən də təsdiqləyiblər. Hadisə ilə bağlı cinayət işi qaldırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA