04-08-2017 [17:55]
Özbəkistan prezidenti Şövkət Mirziyayev avqustun 2-də keçirdiyi videoselektor müşavirəsində prokurorları sərt tənqid edib, onları "ən yekə oğrular” adlandırıb.
Virtualaz.org xəbər verir ki, prezidentin qapalı müşavirədə dediklərinin audioyazısını "Azadlıq” radiosunun tacik xidməti əldə edib.
Mirziyayev bildirib ki, indiki prokurorlar "köhnə zibil sistemdən” qalıb və əgər onlar vicdansızlığı bundan sonra da davam etdirsələr, hamısını işdən qovacaq. Daha sonra o, ölkənin az əvvəl vəzifəsindən çıxarılmış baş prokurorunu hədələyib:
"Əgər sən öz dünyagörüşünü dəyişməsən, sabah sənə gec olacaq. Bunu bil. Mən sənə on gün müddət verirəm, istənilən halda sənin özünü necə aparmağın mənim xoşuma gəlmir. Sən tək qalmısan, mən artıq hamısını işdən azad etmişəm. Mənim, əlbətdə, bağışlayın məni, prokurorlardan çox zəhləm gedir. Bu haqda açıq deyirəm. Əgər soruşsanız niyə, cavab verirəm. Mən rayon hokimi (icra başçısı), vilayət hokimi olmuşam və özüm görmüşəm ki, onlar özlərini necə vicdansızcasına aparırlar. Mən bunu çox yaxşı bilirəm ki, "prokurorçiklər” olan kimi onların yerişi də dəyişir, adamları saymırlar. Mən bütün bunları çox yaxşı bilirəm”.
Videoselektor müşavirəsi zamanı Özbəkistan prezidenti İslam Kərimov dövrünün prokurorlarını "zibil” adlandırıb və vəd edib ki, prokurorluq orqanlarının bütün işçilərini dəyişəcək:
"Biz yeni Baş prokuror təyin etmişik, prokurorluq orqanlarını əvvəlki zibillərdən təmizləyirik, 80 faizi dəyişib. Lakin buna baxmayaraq prokurorluq orqanlarında əvvəlki oğru sistemdən qalma 15-20 faiz adam işləyir. O cümlədən Feyziyev (Daşkənd vilayət prokuroru Cəmşid Feyziyev) həmin sistemin adamıdır. Biz prokurorluğu əvvəldən axıra qədər belə adamlardan təmizləyəcəyik. Ya prokuror təmiz işləyəcək, ya biz ümumiyyətlə prokurorluğu ləğv edəcəyik. Prokurorlar xalqın bəlasına çevriliblər. Əgər təmiz işləməsələr hamısı gedəcək”.
Prezident prokurorları "yıxıb-sürüməkdə” davam edərək bildirib ki, onların çoxu heç öz adlarını düzgün yaza bilmir:
"Prokuror ancaq o vaxt yaxşı yaşayacaq ki, bizim xalqımız yaxşı yaşayacaq. Ancaq siz onların evlərinə baxın, mindikləri avtomobillərə baxın. Nədir, onlar atom reaktoru icad ediblər? Bir-iki axmaq heç öz familiyasını da düz yaza bilmir. Onlar "blata” görə prokuror olublar. Mən onları xoşlamıram, çünki işləmirlər. İndi biz elə adamlarla işləyirik ki, özləri təmiz olmağa çalışırlar”.
Mirziyayev əlavə edib ki, hazırda prokurorluq orqanlarında "təmizləmələr” aparılır. İctimayyət bu cür adamlardan təmizlənir:
"Şükür allaha, bütün bunlar haqda mənə hər şey məlumdur. Mən hələ kəndir atıb gözləyirəm və müşahidə edirəm, lakin bir məqamda bu problemə son qoyacağam. Birinci yerdə daim, bir daha təkrar edirəm, xalq dayanmalıdır. Bizdə bir prokuror var idi, Muhiddinov. Lakin o, bir neçə il türmədə oturdu. Bizim üçün xalqdan başqa heç kim avtoritet ola bilməz”.
Xatırladaq ki, indiyədək Özbəkistanda İslam Kərimovun hakimiyyəti dövrü açıq tənqid olunmurdu. Lakin bu günlərdə dövlət televiziyası ilk dəfə Kərimov hakimiyyətini tənqid edib, onun dövründə Özbəkistanın qonşularla problemlərinin yarandığı bildirilib.
Habelə Özbəkistan Baş prokurorluğu 2013-cü ildən həbsdə saxlanılan Gülnarə Kərimovanın işi ilə bağlı ilk dəfə rəsmi məlumatla çıxış edib, keçmiş prezidentin qızının ölkədən milyardlarla dollar oğurladığı açıqlanıb.
Lucas Hernandez AVRO-2024-də oynaya bilməyəcək
"Qalatasaray"ın canlı əfsanəsi peşman olub: "Kasilyas dedi ki, həyatımı məhv etdin..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR