Bakıdakı ağır qəzada ölən sürücünün kimliyi məlum oldu - Fotolar+ Yenilənib

img

03-08-2017 [22:24]


Bakıda iki nəfərin ölümü və bir nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

Mia.az xəbər verir ki, APA-nın hadisə yerində olan əməkdaşının xəbərinə görə, "Mercedes Gelandewagen” markalı avtomobil paytaxtın Heydər Əliyev prospekti ilə hərəkətdə olarkən idarəetməni itirib və "VAZ 21015” markalı avtomobilə arxadan çırpılıb.

Daha sonra "Mercedes Gelandewagen” yolun kənarındakı maneəni aşaraq köməkçi yola keçib və yanmağa başlayıb. Qəza nəticəsində "Mercedes Gelandewagen”in sürücüsü də daxil olmaqla, iki nəfər ölüb.

Qəza zamanı piyadanın da vurulduğu bildirilir.

Hadisə yerinə yanğınsöndürənlər və polis əməkdaşları cəlb olunub.

Ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.

***

APA-nın xəbərinə görə, qəza nəticəsində "Mercedes Gelandewagen” markalı avtomobilin sürücüsü və bir piyada ölüb, bir nəfər isə yaralanıb.

"Mercedes Gelandewagen”in sürücüsü Mehdi Əliyev hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə yanğınsöndürənlər və polis əməkdaşları cəlb olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA