Lənkəranda maşın dərəyə yuvarlanıb - 5 nəfər xəsarət alıb

img

02-08-2017 [23:13]


Lənkəranda ağır yol qəzası baş verib.

Hadisə Osaküçə kəndi ərazisində qeydə alınıb.

İdarəetməni itirən sürücünün  avtomobili dərəyə yuvarlanıb. Nəticədə maşında olan 5 nəfər ağır  xəsarət alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Yol qəzasında xəsarət alanların kimliyi də məlum olub. Onlar Masallı rayon sakinləri, 1984-cü il təvəllüdlü Vüsal Məmmədov, 1986-cı il təvəllüdlü Əlizamin Rızayev, 1983-cü il təvəllüdlü Elşad Məmmədov, 1988-ci il təvəllüdlü Fərrux Niftiyevdir.  Daha bir nəfər adı hələ ki, açıqlanmayan şəxsin yüngül xəsarət aldığı bildirilir.

Yaralılardan ikisinin vəziyyəti ağır kimi qiymətləndirilir. Qəzaya düşən şəxslərin Masallı mühafizə polisinin əməkdaşları olduğu bildirilir.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA