6 tələbənin ölümünə səbəb olan sürücüyə hökm oxundu - Prosesdə mübahisə yaranıb

img

01-08-2017 [16:53]


Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı-Sumqayıt yolunda 6 tələbənin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. 

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslər çıxış edərək prokurorun çıxışı ilə razı olmadıqlarını bildirib, qəzaya səbəb olan digər şəxslərin də məsuliyyətə cəlb edilməsini istəyiblər. Daha sonra N. Hüseynovun vəkili Şirin Atayev çıxış edib. Vəkil  məhkəmədə ətraflı araşdırma aparılmadığını deyib. O, videogörüntülərə baxılmadığını bildirib və ədalətli qərar qəbul edilməsini istəyib. 

Namiq Hüseynov son sözlə çıxış edib. O bildirib ki, maşında artıq sərnişin olub, etibarnaməsi olmayıb. 

N. Hüseynov hadisənin təsadüfdən baş verdiyini deyib. Bu zaman onunla zərərçəkmiş şəxslər arasında mübahisə düşüb. 

Hakimlər müşavirəyə gediblər. 

Müşavirədən sonra prosesdə hökm oxunub. Hökmə əsasən, Namiq Hüseynov 5 il müddətinə sürücülük hüququndan məhrim edilməklə, 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu il martın 9-da Abşeron rayonunda Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi "Ford" markalı mikroavtobus Elvin Şəmistanlıya məxsus "ZİL" markalı yük avtomobilə çırpılıb. Nəticədə mikroavtobusda olan sərnişinlərdən 6 nəfər ölüb, 21 nəfər xəsarət alıb. Sərnişinlər Sumqayıt Dövlət Universitetinin tələbələri olub.

Sürücüyə Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürüb.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA