Məşhur aparıcının həyat yoldaşını güllələdilər - Təfərrüat

img

30-07-2017 [17:42]


Məşhur "Sehirli anam" ("Sihirli annem") serialında ekranlara gələn və sonra televiziya aparıcılığı ilə məşğul olan Jess Molhonun həyat yoldaşı Zeynəb Molho Türkiyənin Bodrum bölgəsində yerləşən gecə klubundakı insidentdə yaralanıb.

Qaynarinfo xəbər verir ki, gecə saatlarında baş verən silahlı hücumda yaralananlar arasında aparıcının həyat yoldaşı da var. Güllə onun kürəyinə girib, lakin daxili orqanlarını zədələməyib və bir qabırğası qırılıb.

Hadisə barədə açıqlama verən Molho bildirib ki, həyat yoldaşı möcüzəvi şəkildə həyatda qalıb və sabah keçiriləcək əməliyyatla güllə çıxarılacaq.

Qeyd edək ki, baş verən hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA