Türkiyədə iki gecə klubu gülləbaran edildi – Ölən və yaralananlar var

img

30-07-2017 [15:13]


Türkiyənin məşhur tətil bölgəsi Bodrumda yanbayan yerləşən iki gecə klubuna hücum olub.

APA-nın "Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, ötən gecə yerli vaxtla saat 03.00 radələrində üzərində iki tapança olan bir şəxs Bodrumun Göltürkbükü məhəlləsində yerləşən məşhur "Çilek Beach Club” və "Sess Beach Club” gecə klublarına yaxınlaşıb, atəş açmağa başlayıb.

Gecə klublarında 400-ə qədər insan olub. Nəticədə 18 yaşlı Furkan Say adlı şəxs ölüb, 4 nəfər yaralanıb. Cinayətkar gəldiyi avtomobilə hadisə yerindən qaçıb.

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA