30-06-2017 [15:46]
28 iyun 2017-ci il tarixdə Beynəlxalq Açıq Hökumət Tərəfdaşlığı Təşkilatının Rəhbər Komitəsinin Vaşinqtonda keçirilən toplantısında Azərbaycanın üzvlüyü məsələsi müzakirə olunub. Rəhbər Komitə Azərbaycanın əvvəlki statusda qalmasına qərar verib.
Qərarda qeyd olunur ki, Rəhbər Komitə son vaxtlar Azərbaycan hökumətinin QHT-lərlə bağlı problemlərin həlli istiqamətində atdığı müsbət addımları pozitiv qiymətləndirir və dəyərləndirir. Bu addımlar 2016-2018-cı illər üçün Açıq Hökumətin Təşviqinə dair Milli Fəaliyyət Planının hazırlanması ilə bağlı konsultasiya mexanizminin, çoxtərəfli Açıq Hökumət Platformasının yaradılması, qrant müqavilələrinin qeydiyyatı üçün "bir pəncərə” sisteminin tətbiqini ehtiva edir.
Rəhbər Komitə Beynəlxalq Açıq Hökumət Tərəfdaşlığı Təşkilatının Standartlar və Kriteriylar üzrə Altkomitəsinə 15 sentyabr 2017-ci il tarixə kimi Azərbaycan hökuməti və bütün maraqlı tərəflərin, eləcə də xarici ekspertlərin iştirakı ilə yeni tövsiyyələr hazırlanmasını həvalə edib. Azərbaycan hökumətinə də 1 il müddətində bu tövsiyyələrin icrası üçün zaman verilməsi qərara alınıb.
Beynəlxalq Açıq Hökumət Tərəfdaşlığı Təşkilatının (AHT) Rəhbər Komitəsinin bu qərarını şərh edən Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev bildirib ki, son 1 ildə vətəndaş cəmiyyəti və Azərbaycan hökuməti bu istiqamətdə çox məhsuldar işləyib: "AHT Rəhbər Komitəsinin qərarında bu müsbət məqamlar vurğulanıb. Qeyd edim ki, 29 mayda AHT nümayəndə heyətinin Bakı səfəri zamanı Açıq Hökumət Platforması üzvləri ilə görüş keçiriləndə, biz bütün bu məsələləri onların diqqətinə çatdırmışdıq.
Rəhbər Komitənin qərarı Azərbaycan vətəndaş cəmiyyətinin və hökumətinin uğuru kimi qiymətləndirilməlidir. Çünki MHŞT-də olduğu kimi Azərbaycanın AHT-də fəaliyyətinin dayandrılması üçün çox böyük təzyiqlər, müraciətlər vardı. Növbəti dəfə bundan siyasi şou düzəltmək üçün çox çalışırdılar. Lakin AHT Rəhbər Komitəsi çox konstruktiv qərar qəbul edərək, dialoq, müzakirə yolunu seçdi. Azərbaycan vətəndaş cəmiyyəti də məhz bu cür yanaşmanın tərəfdarıdır. Biz hesab edirik ki, əldə olunan nəticələrə istinad etməklə, söykənməklə vətəndaş cəmiyyətinin problemlərinin həlli üçün çalışmalarımızı davam etdirməliyik. Azərbaycan hökuməti də, bu məsələlərdə konstruktiv yanaşma nümayiş etdirir. Platforma, vətəndaş cəmiyyəti ilə müzakirələr aparılır. Platforma hökumətlə birgə mövcud problemlərin həlli üçün ortaq yanaşmalar tapılması üçün ardıcıl iş aparır”.
Ə.Nuriyev bildirib ki, Rəhbər Komitənin qeyd etdiyi problemləri Açıq Hökumət Platforması hər zaman hökumətlə açıq müzakirə edir: "Bu problemlərin mövcudluğunu açıq bəyan edirik. Hesab edirik ki, xarici donorlardan qrantlar alınması ilə bağlı narahatlıq yaradan məqamların müzakirəsinə, aradan qaldırılması istiqamətində iş aparılmasına ehtiyac var. Vətəndaş cəmiyyətinin bu mövqeyi hökumət tərəfindən də anlayışla qarşılanır. Bir sözlə bu istiqamətdə ardıcıl iş aparılır”.
Lucas Hernandez AVRO-2024-də oynaya bilməyəcək
"Qalatasaray"ın canlı əfsanəsi peşman olub: "Kasilyas dedi ki, həyatımı məhv etdin..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR