20-06-2017 [14:04]
Bundan əvvəl keçmiş nazir Ziya Məmmədovun qardaşı, keçmiş deputat Elton Məmmədovun mülkiyyətində olan Bakı Beynəlxalq Avtovağzalı Kompleksinin yeni mülkiyyətçisinin adı açıqlanıb.
Avtovağzal kompleksinin fəaliyyətini kurasiya edən Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinin "Azadlıq” radiosunun informasiya sorğusuna verdiyi rəsmi cavaba əsasən bu mülkiyyətçi "Azerbaijan Graund Services” MMC şirkətidir. Başqa sözlə, avtovağzal kompleksi özəl mülkiyyətdir və həmin MMC-yə məxsusdur.
Nzirliyin cavab məktubunda deyilir ki, Bakı Beynəlxalq Avtovağzalı Kompleksinin nazirliyin tərkibinə daxil olan təsərrüfat hesablı müəssisələr siyahısına daxil edilməsi istiqamətində iş aparılmır.
"Amma Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəqliyyat sahəsində dövlət siyasətini gerçəkləşdirən tənzimləyici mərkəzi icra hakimiyyəti orqanı olaraq, ölkənin sərnişindaşımada vacib strukturu olan Bakı Beynəlxalq Avtovağzalının fəaliyyətini diqqət mərkəzində saxlayır», – nazirliyin məktubunda belə yazılıb.
Avtovağzal kompleksinin Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinin nəzarətinə verilməsi haqda virtualaz.org bundan əvvəl məlumat yaymışdı. Daha əvvəl isə obyekt Prezidentin İşlər İdarəsinin müvəqqəti nəzarətinə verilmişdi. Lakin kompleksin yeni mülkiyyətçisi açıqlanmamışdı.
Xatırladaq ki, tikintisi 80 milyon dollara başa gəlmiş Bakı Beynəlxalq Avtovağzalı Kompleksi Britaniya Virgin adalarında qeydiyyatda olan «Trans European Leasing Group» tərəfindən 2004-cü ildə təsis edilən "Baku XXI Əsr” MMC şirkətinə məxsusluğu bir neçə il əvvəl üzə çıxmışdı. Məlum olmuşdu ki, həmin şirkətin təsisçisi və sahibi o vaxt deputat mandatı daşıyan Elton Məmmədovdur. Elton Məmmədov özü bu məlumatı təsdiq etmişdi.
Lakin məmmədovlar klanının vurulmasından sonra onlara məxsus digər biznes aktivləri kimi avtovağzalın da mülkiyyətçisinin dəyişdiyi haqda xəbərlər dolaşmağa başladı. Bəs yeni mülkiyyətçi kim idi?
İndi avtovağzalı kurasiya edən nazirlik bu mülkiyyətçinin adını açıqlayır. Lakin "Azerbaijan Graund Services” şirkətinin özünün mülkiyyətçisi kimdir, bu, məlum deyil.
Bu şirkətin internet saytında göstərilir ki, "Azerbajan Graund Services” 2016-cı ildə Vergilər Nazirliyində qeydiyyatdan keçib. Şirkətin saytında deyilir: "Azerbaijan Ground Services” MMC-nin fəaliyyətinin əsas istiqamətini Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən "Avtomobil nəqliyyatı ilə beynəlxalq və şəhərlərarası sərnişin daşımalarını həyata keçirmək üçün” verilmiş lisenziyalar əsasında şəhərlərarası və beynəlxalq sərnişin daşınmaları təşkil edir.
"Azerbaijan Ground Services” MMC Bakı Beynəlxalq Avtovağzal Kompleksində şəhərlərarası və beynəlxalq sərnişindaşıma üzrə avtovağzal xidməti göstərərək, bu sahədə xidmət səviyyəsini yüksəldir və fəaliyyət dairəsini genişləndirir. Hal-hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Respublikanın bütün bölgələrinə, həmçinin Rusiya Federasiyası, İran, Türkiyə və Gürcüstanın müxtəlif şəhərlərinə müntəzəm avtobus reysləri fəaliyyət göstərir. Bundan başqa "Azerbaijan Ground Services” MMC beynəlxalq sərnişindaşıma üzrə bir ilkə imza atarq "Bakı-Batumi” reysini həyata keçirməyə başlayıb”.
Şirkət özünün internet saytında Bakı Beynəlxalq Avtovağzal Kompleksindən başqa, Yevlax, Ağsu, Quba və Ucar avtovağzalları haqda da məlumat verir. Bu avtovağzalların bir çoxunun «ZQAN Konstrakşn» MMC və «Azərinşaatservis» MMC tərəfindən tikildiyi bildirilir. Məsələn, hər biri 4 milyon 800 min dollara başa gəldiyi iddia olunan Yevlax və Quba avtovağzalları «Garant Holding» MMC-yə daxil olan «M-Trans» MMC-nin sifarişi ilə inşa olunub. İndi isə belə görünür ki, Bakı Beynəlxalq Avtovağzalı ilə yanaşı həmin avtovağzallar da məmmədovlardan alınıb, yeni mülkiyyətçiyə keçib.
«Azerbaijan Ground Services» MMC-nin direktoru Seymur Aslanovdur. Mətbuat onun 2015-ci ildə Bakı Beynəlxalq Avtovağzalının direktoru təyin olunduğunu yazır/Azpolitika.info.
Türkiyədə daha bir bələdiyyə sədri vəzifədən uzaqlaşdırılıb
100-dən çox şəhid ailəsi, qazilər, tanınmış sənətçilər jurnalistlə bağlı ölkə rəhbərliynə müraciət ediblər
Məşhur aktyor 53 yaşında vəfat etdi
"Karvan"da baş məşqçi və məşqçilər təyinatı olub
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Azərbaycan Uşaq Qaynar Xətti” 2025-ci ilin ilk yarısında 2173 müraciət qeydə alıb
I Qarabağ müharibəsində itkin düşmüş daha bir şəhidin şəxsiyyəti müəyyənləşdi - FOTO
“Qumar kralı”nın adamları azadlığa çıxdı - 8 illik hökm ləğv edildi
Rusiyalı MMA döyüşçüsü küçədə güllələndi - Anbaan VİDEO
Bakir Səfərovla bağlı daha bir qərar verildi
Kamal Kılıçdaroğlu Dövlət Baxçalıya zəng etdi - "Təşəkkür edirəm"
Arvad 37 yaşlı ərini bıçaqlayıb
Berdiməhəmmədov Bakıda belə qarşılandı - FOTO
Çanaqqalada meşə yanğını... - 4 kənd boşaldılıb, bəzi evlər yanıb, heyvanlar tələf olub
Mənzurə Musayeva 45 yaşında kişiyə ərə gedir: “Bəs qədər pulu, var-dövləti, iki-üç maşını, dörd-beş evi...
"Pulsuz kimsə istəyirsə, DİM-ə müraciət edə bilər” - İxtisas seçimi həyəcanı başlayır
İsrail Qəzzanı səhərədək bombalayıb - 50-dən çox ölən var
Özünü yorma, kişi, mən düzələn zad deyiləm… - Təbriz VƏFALI YAZIR
Azərbaycanla Çin arasında viza rejimi ləğv edilib
Milli-mənəvi dəyərlər və müasirlik
Netanyahu Suriyanı təhdid etdi: "Dərs çıxarın, yoxsa..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ağ Evin bağçasına giriş qadağan olunub
Ərəb Liqasından etiraz: "İsrailin fələstinlilərı kiçik əraziyə toplamaq planı qəbuledilməzdir"
"Azərbaycan yaxın zamanda “İbrahim Sazişləri”nə qoşulması..." - ABŞ Senatında müzakirə
Türkiyə 41 universitetin diplom və attestatlarını tanımır - Aralarında Azərbaycanın da adı var
Cəlilabadda meşədə yanğın lokallaşdırılıb
İsrailli nazir Suriya prezidentinə sui-qəsdə çağırış elədi: "O, dərhal ortadan götürülməlidir"
İsrail Livanı yenə vurdu: daha 12 nəfər ölüb, yaralılar var
Ruben Vardanyan Bakıda hakim qarşısında: zərərçəkmiş şəxslər ifadə veriblər (YENİLƏNİB)
Qəzzada daha 93 nəfər ölüb
BƏƏ prezidenti Türkiyəyə gəlir
Keçmiş futbolçu AFFA-da şöbə rəisi təyin olunub
Bakda Avropa Kuboku keçiriləcək
Daha iki sığorta şirkəti qanunu pozub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Xırdalanda işıq olmayacaq
"Zirə” klubu Yusuf Lavalla yollarını ayırıb
“Rabitəbank"da nə baş verir: depozitlər azalır, səhmdar payını satır və... (YENİLƏNİB)
Sabah Sabirabad rayonunun 21 kəndində qaz olmayacaq
UEFA Azərbaycanın 9 klubuna pul köçürüb
ABŞ-ın bu ştatında fövqəladə vəziyyət elan olunub